“Odlar Yurdu” boks klubu Almaniyada Azərbaycanı uğurla təbliğ edir
10 mart 2025 818
Almaniyanın Saksen-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubu yeni uğura imza atıb.
Martın 8-9-da Maqdeburqda keçirilən federal birincilikdə klubun iki üzvü turnirin qalibi olublar. Uşaqlar arasında yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan 13 yaşlı Dmitro Turkules qalib adını qazanıb. Yeniyetmələrin mübarizəsində isə 15 yaşlı Bleoren Halili 66 kiloqram çəki dərəcəsində hamıdan güclü olub.
“Odlar Yurdu” boks klubunun rəhbəri, peşəkar bokşçu Azad Əzizov bunun həm idmançılar, həm də klub üçün böyük uğur olduğunu qeyd edib. O, klubun son iki ildə qazandığı uğurlar sayəsində Almaniyada boks idmanı sahəsində daha çox diqqət cəlb etdiyini bildirib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı