Olimpiya çempionu: Festival idmanın təbliği baxımdan böyük əhəmiyyət daşıyır
02 sentyabr 2022 1427
Ölkəmizdə ilk dəfədir keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının əhəmiyyəti çox böyükdür.
Bu sözləri sentyabrın 2-də festivala həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova deyib.
Respublikamızda idmançılara daim böyük qayğı göstərildiyini söyləyən olimpiya çempionu ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq yarışlardan sonra idmançılarımızla görüşdüyünü və onlara öz dəyərli tövsiyələrini verdiyini bildirib.
Z.Meftahətdinova, həmçinin qeyd edib ki, MOK-un fəaliyyəti və Olimpiya çempionları haqda filmlərin çəkilməsi çox vacib məsələ olmaqla beynəlxalq yarışlarda uğur qazanmış idmançılarımızın xalq arasında tanınmasında mühüm rol oynayır. Bu, eyni zamanda idmanın təbliğidir.
Qeyd edək ki, festival Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı