Olimpiya çempionu Mayamidə rekordu yenilədi
03 may 2025 550
Paris-2024 Yay Olimpiya Oyunlarının amerikalı çempionu Meys Rassel Mayamidə (ABŞ) keçirilən "Böyük Dəbilqə" yarışında 100 metr məsafəyə maneələrlə qaçışda yeni uğuru ilə diqqət çəkib.
O, həmin məsafəni 12,17 saniyəyə qət edərək, ölkə rekordunu yeniləyib. Bununla da Meys Rassel həmyerlisi Tia Consu qabaqlayıb - 12.19.
Bundan başqa tarixdə ilk dəfə iki qadın eyni yarışda 12.20-dən aşağı nəticə ilə yadda qalıb.
Məlumat üçün bildirək ki, atletikanın bu məsafəsində dünya rekordu hələ ki,
nigeriyalı qaçışçı Tobi Amusana məxsusdur - 12.12. "Qara qitə" təmsilçisi bu nailiyyətini 2022-ci ildə keçirilən dünya çempionatında əldə edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı