Xəbərlər

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi

27 dekabr 2024 459

“Olimpiya dünyası” qəzeti saytı hər il olduğu kimi 2024-cü ilin idman yekunları ilə bağlı oxucular arasında keçirilən sorğu əsasında müxtəlif nominasiyalar üzrə qalibləri müəyyənləşdirib. Qalibləri təqdim edirik.

 

İlin idman federasiyası

- Azərbaycan Cüdo Federasiyası

 

İlin qadınlardan ibarət milli komandası

- Batut gimnastikası üzrə qrup hərəkətləri komandası (Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub)

 

İlin kişilərdən ibarət milli komandası

- Cüdo üzrə milli komanda (Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub)

 

İlin qadın idmançısı

- Mariya Stadnik (Avropa çempionatında 10-cu qızıl medalını qazanıb)

 

İlin kişi idmançısı

- Hidayət Heydərov (Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi)

 

İlin idman xadimi

- Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)

 

İlin idman klubu

“Judo Club 2012”

 

İlin idman cəmiyyəti

- “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi

 

İlin perspektivli gənc idmançısı

- Fidan Əlizadə (Cüdo üzrə gənclər arasında Avropa çempionu)

 

İlin legioner idmançısı

- Alfonso Dominqes (Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı)

 

İlin idman hadisəsi

- Xankəndi – Bakı ultramarafonu

 

İlin Gənclər və İdman İdarəsi

- Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

 

İlin futbol komandası

- “Qarabağ” FK

 

İlin qadın məşqçisi

- Siyana Vasileva (bədii gimnastika, baş məşqçisi olduğu qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub)

 

İlin kişi məşqçisi

- Qurban Qurbanov (“Qarabağ” futbol klubunun baş məşqçisi, rəhbərlik etdiyi komanda Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb, 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlib)

 

İlin hakimi

- Asif Şirəliyev (güləş)

 

İlin idman qurğusu

- Milli Gimnastika Arenası

 

İlin ədalətli oyun mükafatçısı

- Qaşim Maqomedov (taekvondo)

 

İlin idman müəllimi

- Aydın Kazımbəyov (Azərbaycan Texniki Kollecin idman müəllimi)

 

İlin idman kanalı

- İdman TV

 

İlin idman saytı

- olimpnews.az