Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində məktəblilər arasında 6 aprel Ümumdünya Fiziki Aktivlik gününə həsr olunan kəndirlə mübarizə yarışı keçirilib

06 aprel 2023 1053

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Kəndirlə mübarizə idman cəmiyyəti İB tərəfindən kəndirlə mübarizə yarışı təşkil olunub. 6 aprel Sülh və İnkişaf Naminə Beynəlxalq İdman günü və Ümumdünya Fiziki Aktivlik gününə həsr edilən yarışa 18 OCEP məktəbinin oğlan və qızlardan ibarət komandaları qatılıb. Oğlanların komandasından Elitar Gimnaziya 1-ci yer, 229 nömrəli məktəb 2-ci  yer,  Akademik Zərifə Əliyeva adına lisey 3 yer tutub. Qızlardan isə 1 ci yeri 23 nömrəli məktəb,  2 -ci yeri Bakı Avropa Liseyi, 3 cü yeri isə 82 nömrəli məktəb qazandı. 

Qeyd edək ki, 4-6 aprel tarixində 13-15 yaşlı şagirdlər arasında baş tutmuş kəndirlə mübarizə yarışın ilk günündə 18 OCEP məktəbinin oğlan və qızlardan ibarət komandaları qələbə uğrunda qüvvələrini sınadılar. Yarışın 2-ci günündə 9 məktəb yarım finala keçərək mübarizəyə davam etdilər. Yarım final oyunununda 9 məktəb arasından 6 məktəb finala vəsiqə qazanaraq 1-cilik üçün mübarizə apardılar.

Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə birləşdirən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.