Olimpiya mükafatçısı olmadan rekorda imza atdı
16 fevral 2026 - 13:14 300
46 yaşlı meksikalı Sara Şleper dağ xizəyi üzrə yeddi Olimpiya Oyunlarında iştirak edən ilk idmançı adını qazanıb.
Milan-Kortina-2026 Olimpiadasında super nəhəng slalom yarışlarında iştirak edən Şleper italiyalı Federika Briqnonedən 7,46 saniyə geri qalaraq, 26-cı yeri tutub.
Məlumat üçün bildirək ki, Şleperin Olimpiya Oyunlarındakı debütü 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Oyunlara təsadüf edir. Həmin vaxt o, yarışı başa vura bilməmişdi.
Onun ən yaxşı nəticəsi 2006-cı il Turin Oyunlarında olub. Meksikalı idmançı slalomda 10-cu yeri tutub. Bundan əlavə, Şleper 11 dəfə Dünya Dağ Xizəyi Çempionatında iştirak edib.
Onun yeganə Dünya Kubokundakı qələbəsi 2005-ci ildə qeydə alınıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı