Xəbərlər

Olimpiyaçılar “idmanımızın Ali Baş Komandanına” səsləndilər

24 dekabr 2021 324


Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə təbrik videoçarxı hazırlayıb.
Videoçarxda Olimpiya çempionları Nazim Hüseynov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və Toğrul Əsgərov ölkəmizdə Olimpiya Hərəkatının inkişafına göstərdiyi yüksək qayğıya, idmançıların sağlamlığının qələbədən daha vacib olduğunu hər zaman diqqət mərkəzində saxlamasına, mötəbər turnirlərdə Azərbaycan idmançılarının üzləşdiyi ədalətsizliyə qarşı barışmaz mövqe tutmasına, olimpiyaçıların karyeralarını davam etdirmələri istiqamətində atılan addımlara, hər an idmançıların yanında olduğuna, Azərbaycanın regionlarından istedadlı uşaqların idmana cəlb olunmasına görə MOK prezidentinə təşəkkür ediblər.
Olimpiya mükafatçıları Rəfael Ağayev və Hacı Əliyev isə fəaliyyəti ilə təkcə olimpiyaçıların deyil, bütövlükdə Azərbaycan idmançıların yanında olduğuna və atletlərimizin qələbə naminə göstərdikləri əzmkarlığı, gərgin zəhməti yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Paralimpiya çempionu İlham Zəkiyev isə Prezident İlham Əliyevə təbrikində “Sizin qazandığınız Qələbə bu günə kimi mövcud qələbələrin tacı oldu” fikrini xüsusi vurğulayaraq, tarixi Zəfərə görə Müzəffər Ali Baş Komandana təşəkkür edib.
MOK–un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevi ölkəmizin idman ictimaiyyəti, idmançıları və idmansevərləri adından təbrik edib.  
İdmanımızın Ali Baş Komandana ünvanladıqları təbrik videoçarxını burdan izləyə bilərsiniz.