Xəbərlər

Ölkə çempionatının qalibləri müəyyənləşdi

21 may 2023 448

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı keçirilib. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 50-yə yaxın iştirakçı mübarizə aparıb. Qoşa turnirdə Əli Heydərli ilə Rəhim Hüseynov qələbə qazanıb. Məmmədağa Rüstəmovla Elşad Vahidov ikinci, Mahir Cəbiyevlə Aali Seyidrəhim üçüncü yeri tutub. 
Müxtəlif yaş qrupları üzrə şəxsi yarışlar isə belə nəticələnib:
40-49 yaş
 I – Zaur Mikayılov 
II – Mehman Səmədov 
III – Mahir Cəbiyev 
50-59 yaş
I – Əli Heydəri 
II – Elşad Vahidov 
III – Akif Zeynalov 
60-69 yaş
I – Məzahir Həsənov 
II – İlham Ağayev
III - Fuad Qasımov 
70 yaş və yuxarı
I - Səxavət Heydərov 
II – Firudin Hüseynov 
III – Vladislav Fedorenko 
Fəxri kürsüdə yer alan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.