Ölkəmiz Paris Olimpiadasına lisenziya xarakterli turnirə ev sahibliyi etdi
12 fevral 2024 991
Bakıda badminton üzrə “Azerbaijan International 2024” beynəlxalq turniri keçirilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan yarışda 49 ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanın 19 badmintonçusu qüvvəsini sınayıb.
Yığma üzvləri 5 kateqoriyanın hər birində təmsil olunublar.
Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər.
Təmsilçilərimiz arasında ən yaxşı nəticə Edi Reski Dviçayo və Keişa Zəhra Fatiməyə qarşı olub.
Hər iki təmsilçimiz yarımfimalın bir addımlığında 1/4 finalda məğlub olaraq turnirlə vidalaşıblar. E.Dviçayo yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Hindistan təmsilçisi Ayuş Şettiyə uduzub. Matç E.Dviçayonun 0:2 (14-21,14-21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Keişa Zəhra Fatimə isə hindistanlı Anupama Upadhyayaya məğlub olub.
Matç K.Fatimənin 0:2 (7-21, 18-21) hesablı məğlubiyyəti ilə başa çatıb.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı