Ölkəsinə və özünə ilk Olimpiya çempionluğunu qazandırdı
17 fevral 2026 - 14:14 329
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən Lisa Vittozzi ölkəsinə biatlon idman növü üzrə ilk Olimpiya qızılını qazandırıb. O, 10 km məsafəni 30:11.8 saniyəyə qət edərək, dörd atıcılıq tirinə sərrast atəş açıb.
Məlumat üçün bildirək ki, ilk fərdi Olimpiya qızıl medalına yiylənən Lisa bu olimpiadada qarışıq estafetdə gümüş, Pxençxan-2018-də isə bürünc medal əldə edib.
Milan-Kortina-2026
Biatlon (Təqib, qadınlar):
1. Lisa Vittozzi (İtaliya) - 30:11.8 (0 penalti).
2. Maren Elmeset Kirkeide (Norveç) - 28.8 (3 penalti).
3. Suvi Minkkinen (Finlandiya) +34.3 (0).
4. Lou Jeanmonneau (Fransa) +49.4 (3).
5. Oceane Michelon (Fransa) +57.1 (4).
6. Franziska Preuss (Almaniya) +1.08 (2).
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı