Oyan Nəzəriani İtaliyada fərqləndi
04 sentyabr 2021 2013
İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.
Qrup mərhələsini uğurla keçən Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran güləşçisi Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabıyla qalib gələn Oyan turnirin bürünc medalına sahib çıxıb.
Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.
Bu yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyevin ədaləti qoruduğunu da xatırladaq.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı