Padel tennis üzrə Bakı birinciliyinə yekun vurulub
01 iyun 2025 528
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə padel tennis üzrə Bakı birinciliyinə yekun vurulub.
Bakı Tennis Akademiyasında ilk dəfə təşkil olunan yarışda həm kişi, həm qadın olmaqla, ümumilikdə 24 idmançı mübarizə aparıb. 3 gün davam edən turnirin sonuncu günündə final görüşləri keçirilib.
Kişilər arasında birinci yeri Yusif Rzayev və İlyas Həsənli, ikinci yeri Rəsul Qocayev və Qleb Pivovarov, 3-cü yeri isə Fərid Dadaşovla Elman Ələsgərov cütü tutub.
Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Rima Kərimli birinci, Leyla Almisakova və Marison Qarsiya ikinci, Mehin Qocayeva və Zərif Süleymanova cütü üçüncü olub.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı