Pakistanın idman jurnalistləri Bakıya səfər ediblər
10 sentyabr 2023 1142
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.
Qonaqlar bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.
Pakistanlı jurnalistlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına da tər çiçəklər düzüblər. Daha sonra Bakı ilə tanışlıq olub.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
