Para-pauerliftinq idman növü üzrə milli komandanın üzvüləri Talıb Zeynalov qızıl medal və Şamo Aslanov gümüş medal qazanıb
01 may 2023 811

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsi "gənc idmançılar" kateqoriyasında, 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Şamo Aslanov isə +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümüş medal qazanıb.
Qeyd edək ki, Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı