Paralimpiadada 5-ci qızıl medalımız
28 avqust 2021 1578
Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.
Qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.
Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 6 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (-48 kq), Vüqar Şirinli (-60 kq), Sevda Vəliyeva (-52 kq) qızıl, Namiq Abaslı (-66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (-49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı