Paralimpiadada ilk gümüş
31 avqust 2021 1758
Azərbaycan Milli Paralimpiya komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.
100 m məsafəyə qaçış yarışlarında finala vəsiqə qazanan üç təmsilçimiz - Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyevadan yalnız biri mükafatçılar sırasında yer alıb. Məsafəni 11,99 saniyəyə qət edən L.Vəliyeva Paralimpiadanın gümüş medalına sahib olub.
Y.Yanovskaya dördüncü, Y.Çebanu isə yeddinci pillədə qərarlaşıblar.
Hazırda Azərbaycan Milli Paralimpiya komandası hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı