Paralimpiya çempionumuz üçün növbəti sınaq
05 sentyabr 2024 1407
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın iki idmançısı mübarizə aparacaq.
100 metr məsafəyə qaçışda çempion olan T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafəyə qaçış üzrə yarışda bacarığını göstərəcək.
SB13 kateqoriyasında yer alan paraüzgüçü Vəli İsrafilov isə 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmədə gücünü yoxlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı