Paris-2024: 3x3 basketbol millimiz Çinə qalib gəldi
02 avqust 2024 1151
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində növbəti oyununu keçirib.
Komandamız VI turda Çin komandası ilə qarşılaşıb. Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı