“Paris-2024”: Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub
02 sentyabr 2024 1242
Azərbaycan paraatleti Səid Nəcəfzadə “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
T12 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma üzrə yarışda qüvvəsini sınayıb.
7,27 metr nəticə göstərən S.Nəcəfzadə paralimpiya çempionu adına yiyələnib.
Paraüzgüçü Raman Saley (S13 kateqoriyası) isə 50 metr məsafəyə sərbəst üsulla üzmədə finala yüksələ bilməyib.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində üç medal var. Parataekvondoçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) bürünc medal qazanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı