Paris-2024: Azərbaycanın kamandan oxatanı mübarizəni 1/16 finalda dayandırıb
30 iyul 2024 898
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Təmsilçimiz 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşüb.
Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.
Görüşü Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də izləyib.
Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı


