Paris-2024: Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə aparacaq
03 avqust 2024 1170
Fransanın Paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Bu gün Azərbaycan komandası üç idman növündə mübarizə aparacaq. Mübarizəyə ilk olaraq akademik avarçəkənimiz Diana Dımçenko başlayacaq. Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. C finalı Bakı vaxtı ilə 11:30-da başlayacaq.
Bu gün həmçinin Məryəm Şeyxəlizadəxangah da Paris-2024-də ilk mübarizəsinə start verəcək. İdmançımız 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə mübarizə aparacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qadınlardan ibarət 3x3 basketbol millimiz isə VII tur çərçivəsində Kanada ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı