PARİS-2024: BU GÜN KOMANDAMIZ İKİ İDMAN NÖVÜNDƏ MÜBARİZƏ APARACAQ
10 avqust 2024 966
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları sona yaxınlaşır.
Avqsutun 10-da Azərbaycanın üç sərbəst güləşçisi və bədi gimnastika üzrə qrup hərəkətləri komandası mübarizə aparacaq.
Yarışa ilk olaraq pəhləvanlarımız start verəcəklər.
Sərbəst güləşçilərimizdən Hacı Əliyev 65 kq, Maqomedxan Maqomedov isə 97 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxacaq.
Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev bu mərhələdə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Pereslə qarşılaşacaq.
Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Digər sərbəst güləşçimiz George Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. O, Oleksandr Xotsianivski (Ukrayna) – Robert Baran (Polşa) görüşünün qalibi ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə saat 22:05-də başlayacaq.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız isə bu gün final mərhələsində mübarizə aparacaq. Qeyd edək ki, təmsilçilərimiz ötən gün hakimlərdən topladıqları 62.000 xalla siyahıda 8-ci sırada qərarlaşıblar. Onlar bu nəticəni 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışlarının hesab cəminə əsasən, yəni çoxnövçülük üzrə əldə ediblər.
Final mərhələsi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı