Paris-2024-də günün yekunu: Azərbaycan idmançılarından iki medal
01 avqust 2024 738
Bu gün Azərbaycanın iki idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Yarışın növbəti günündə idmançılarımız aktivinə 2 medal birdən yazdırıb.
Cüdo yarışlarında Hidayət Heydərovdan sonra Zelim Kotsoyev də Azərbaycan adına qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası finalda gürcüstanlı rəqibinə qalib gəlməklə tarixi uğura imza atıb.
Növbəti medalı isə ölkəmizin aktivinə boksçu Alfonso Dominqes yazdrıb. 92 kq çəki dərəcəsində çıxış edən dəri əlcək ustası qazaxıstanlı Aybek Oralbaya qalib gələrək yarımfinala adlayıb və bürünc medalı özü üçün təmin edib. Onun bu raunddakı rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq. Dominqes ard-arda iki olimpiadada medal qazanan Azərbaycan idmançısı kimi tarixə düşüb.
Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millisi üçün gün uğurlu keçməyib. İki oyuna çıxan basketbolçularımız əvvəlcə Fransa yığmasına 10:15, ardınca isə Almaniyaya 8:12 hesabı ilə məğlub olub. Yığmamızın növbəti rəqibi sabah Avstraliya olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı

