Paris-2024: Hacı Əliyev Olimpiya Oyunlarında medal şansını itirdi
10 avqust 2024 722
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
Nəticədə H.Əliyev də medal şansından məhrum olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı