Paris-2024: Həsrət Cəfərov bürünc medal qazanıb
08 avqust 2024 824
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
67 kq çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub.
Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı



