Paris-2024: idmançılarımız bu gün üç idman növündə mübarizə aparacaqlar
04 avqust 2024 1311
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycanın daha üç idmançısı olimpiadada mübarizə aparacaq. Təmsilçilərimiz atletika, atıcılıq və boks yarışlarında qüvvələrini sınayacaqlar.
Mübarizəyə ilk olaraq atıcımız Ruslan Lunyov başlayacaq. O, 25 metr məsafədən atəşaçmada yarışacaq. Atıcılıq yarışlarında təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 11:00-da start veriləcək.
Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq. İdmançımızın çıxış edəcəyi aletika yarışları saat 12:20-də başlayacaq.
Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq. İdmançımız Bakı vaxtı ilə 15:08-də başlayacaq döyüşdə qələbə qazanacağı təqdirdə finala vəsiqə əldə edəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulcaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı