Paris-2024: Taekvondoçumuz yarımfinalda
07 avqust 2024 1040
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
58 kq çəki dərəcəsində mübarizə aparan bu mərhələdə ispaniyalı Adrian Visente ilə qarşılaşıb.
Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb -13:11.
Avropa çempionatlarının qızıl və bürünc mükafatçısı qələbə sayəsində yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, idmançımız ilk görüşdə irlandiyalı Cek Uolleyə qalib gəlib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı






