Paris-2024-ün bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi
11 avqust 2024 1531
Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib.
Mərasimdə üçrəngli bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastımız Zeynəb Hümbətova dalğalandıracaq.
Bağlanış mərasimi avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.
Bənzər xəbərlər
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış ... Ətraflı
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol ... Ətraflı