Paris-2024-ün iştirakçıları hansı qidalardan istifadə edə biləcəklər?
04 may 2024 1487
Paris-2024 Yay Olimpiya Oyunları zamanı iştirakçılara təqdim olunacaq yemək çeşidləri açıqlanıb.
"Le Parisen"in məlumatına görə, idmançılara hər gün 40 əsas yemək (onların üçdə biri 100 faiz bitki mənşəli) və 120 xüsusi yemək təklif olunacaq.
Ümumilikdə atletlər Olimpiada zamanı 500 müxtəlif yemək reseptindən yararlana biləcəklər. Qeyd olunur ki, iştirakçılar Olimpiya və Paralimpiya kəndlərinin ərazisindəki "Sen-Saint-Deni"də yerləşən planetin ən böyük restoranında qidalanacaqlar. Həmin restoranda 3500 oturacaq yerləşdirilib. 24 saat açıq olacaq bu obyekt gün ərzində təxminən 15 min nəfərə xidmət göstərəcək.
İdmançılar reyhanlı qiyməli donuz əti, ədviyyatlı basmati düyü, gül kələmi və zərdəçal ilə qızardılmış kartof, bibər, soğan, pomidor və çili bibəri, qızardılmış krevetin dadına baxa biləcəklər. Yemək otağının hər küncündə 30-dan çox inqrediyentdən ibarət salat barı olacaq. Məkanda həmçinin şorba, pendir, süd və ədviyyat piştaxtası, eləcə də desert barı və meyvələr də təklif ediləcək. Bundan əlavə, stenddə yeddi çeşiddə çörək məmulatları da təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı