“Paris 2024”ün Təşkilat Komitəsi minlərlə hotel rezervasiyasını ləğv edib
24 yanvar 2024 970
“Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib.
Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də “Paris-2024”ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında “Paris 2024”ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.
Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, təkcə Şatoruda Təşkilat Komitəsi 492 otağın rezervini ləğv edib.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı