Paytaxtda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi
21 mart 2026 - 20:27 380
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında martın 21-də Novruz bayramı şənliyi təşkil edilib. Bakı bulvarında keçirilən tədbirdə əvvəlcə Azərbaycan bayraqlarını daşıyan skuterlər Xəzər dənizində dövrə vurublar. Daha sonra ardıcıl olaraq yelkənli qayıqların, kayak, kanoe, akademik avarçəkmə və draqon qayıqlarının sıra ilə keçidi baş tutub. Bulvar ərazisində isə yelkənli qayıq və avarçəkmə üçün xüsusi konsept trenajor alətlərində şəhər sakinlərinə özlərini sınamaq imkanı yaradılıb.
Tədbir zamanı uşaqlar üçün də əyləncəli viktorinalar və master-klasslar keçirilib. Uşaqlar həmçinin Novruz bayramının ənənələrindən olan yumurta döyüşdürüb, şəkərbura bəzəyiblər. Musiqi proqramları zamanı paytaxt sakinləri və Bakının qonaqları rəqslərlə əsl bayram ab-havası yaradıblar. Novruz şənliyi sakinlər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.
Qeyd edək ki, yelkənli qayıq idmanı Azərbaycan Su İdman Növləri Federasiyasının tərkibinə daxil edilib. Qısa zaman ərzində federasiya avarçəkmə və yelkənli qayıq idmanının birgə tədbirini təşkil edib. Tədbirin keçirilmə səbəblərindən biri də avarçəkmə və yelkənli qayıq idmanının təbliği, kütləviliyin artırılması, gənclərin və yeniyetmələrin bu idman növünə cəlb edilməsidir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı