Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq
18 yanvar 2022 1079
Çingiz Hüseynzadə: "Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq"
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Çingiz Hüseynzadə bildirib ki, yarışın keçiriləcəyi Pekində plasterlər yaradılıb: "Bunlardan kənara çıxmaq qadağandır. İdmançì yalnız yaşadığı və yarışdığı yerdə ola bilər. Bu yerlər arasındakı məsafəni piyada getmək olmaz. Xüsusi nəqliyyat vasitələrindən istifadə olunmalıdır. Çin pandemiya ilə mübarizədə 2 ilin təcrübəsində nə qazanıbsa, bütün təhlükəsizlik qaydalarını tətbiq edəcək. Koronavirus baxımından ən sərt oyunlar olacaq. Bu yolla xəstəliyin qarşısının alınması planlaşdırılır. Çünki Tokio olimpiadasında bir neçə idmançı koronavirusa yoluxdu".
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı