Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib
28 noyabr 2025 - 14:49 467
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının XXII turun son oyunları və mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, günün açılış görüşündə “Elit” və “Sərhədçi” komandaları qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Elit” komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Elit” turniri 54 xalla ikinci sırada tamamlayıb. Liqa boyunca stabil çıxışı ilə fərqlənən “Sərhədçi” isə ümumilikdə topladığı 57 xalla Peşəkar Çövkən Liqasının qalibi olub. “Polad” çövkən komandası isə 53 xal toplayaraq üçüncü yerin sahibi adını qazanıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev və vitse-prezident Cavid Abdullayev komandaların heyətlərinə diplomlar, medallar və birinci yerin qalibinə kubok təqdim ediblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı