Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub
11 fevral 2024 824
Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib.
Qeyd olunub ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Yekun nəticələr belədir:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 567 min 458 səs (92,12 faiz)
Əliyev Fuad Ağası oğlu - 26 min 517 səs (0,54 faiz)
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 min 411 səs (1,72 faiz)
Musayev Elşad Nəbi oğlu - 32 min 885 səs (0,66 faiz)
Mustafa Fazil Qəzənfər oğlu - 98 min 421 səs (1,99 faiz)
Nurullayev Razi Qulaməli oğlu - 39 min 643 (0,80 faiz)
Oruc Zahid Məhərrəm oğlu – 107 min 632 səs (2,17 faiz).
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı