"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
02 may 2024 1003
Mayın 2-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə keçirilən "Prezident Kuboku-2024” beynəlxalq reqatasının ikinci yarış gününə start verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən yarışın ikinci günündə komandalar 500-1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, mayın 3-dək davam edəcək "Prezident Kuboku-2024" beynəlxalq reqatasında 21 ölkədən 30 komanda iştirak edir.
Komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı ölkəmizə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayakla yarışda Amil Ramazanov qazandırıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


