"Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
03 may 2024 1069
Mayın 3-də ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən ənənəvi "Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
21-dək ölkədən 30-a yaxın komandanın mübarizə apardığı, tarixi torpağımız
Suqovuşanda start götürən reqatanın bağlanış mərasimi Mingəçevirdə baş tutub.
İştirakçı ölkələrinin salamlanması ilə başlayan mərasimdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Serbiya Avarçəkmə Federasiyasının İdarə heyətinin rəhbəri Duşan Kovaçiç və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə akademik avarçəkmə növündə yarışların qalibi olan Özbəkistan komandasına kubok təqdim olunub. Kuboku qalib komandaya Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim edib.
Ardınca kayak və kanoe növündə turnirin qalibi adını qazanan Gürcüstan komandası mükafatlandırılıb. Kuboku Gürcüstan komandasına Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov təqdim edib.
Mükafatlandırmadan sonra mərasim bədii hissə ilə davam edib. "Xəmsə" rəqs qrupunun ifasında maraqlı kompozisiyalı solo ifalar mərasim iştirakçılarının böyük marağına səbəb olub.
Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından olan Hiss də öz solo ifaları ilə bağlanış mərasiminə rəng qatıb.
Qeyd edək ki, komandamız beynəlxalq reqatanı 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medalla başa vurub.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı




























