Qadın millimiz Olimpiadaya lisenziya üçün Honkonqda mübarizə aparacaq
08 yanvar 2024 914
3x3 basketbolu üzrə qadın millimizin Paris Olimpiadasına lisenziya qazanmaq üçün mübarizə aparacağı ilk turnirin məkanı müəyyənləşib.
İsraildə müharibə getdiyindən, meydan sahibi dəyişib. 1-ci Universal Olimpiya Təsnifat Turniri Çinin Honkonq şəhərində keçiriləcək. Bu yarış apreldə baş tutacaq. Hələ ki dəqiq tarix müəyyənləşməyib.
Millimizin iştirak etməyəcəyi, qitə çempionlarının (və ya 2-cisi) və dünya çempionatının Olimpiadaya lisenziya qazanmamış ilk "3-lüy"ünun yarışacağı 2-ci Universal Olimpiya Təsnifat Turniri əvvəldən də bəlli olduğu kimi, Yaponiyanın Utsunomiya şəhərində baş tutacaq. Yarış 3-5 may tarixlərində baş tutacaq.
Azərbaycanın da yarışacağı son Olimpiya Təsnifat Turnirinin məkanı da əvvəlki tək Macarıstanın Debretsen şəhəri olacaq. Sadəcə, əvvəlki kimi, bu yarış 23-26 mayda yox, daha erkən – 16-19 may tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, ilk lisenziya turnirində millimizin potensial rəqibləri meydan sahibi Honkonqdan başqa, Macarıstan, Niderland, Polşa, Misir, Monqolustan və Çili olacaq. Komandalar 2 qrupa bölünəcək. Burada turnirin qalibi Olimpiadaya lisenziya qazanacaq.
Debretsendə keçiriləcək yarışda komandamızın potensial rəqibləri qismində meydan sahibi Macarıstandan başqa, Misir, Tunis, Kanada, Çili, Yaponiya, Monqolustan, Almaniya, İspaniya, Niderland, Litva, Polşa, Çexiya, İtaliya və İsrail mübarizə aparacaq. Burda ilk "3-lük" Olimpiadaya birbaşa vəsiqə əldə edəcək. Ancaq bu mərhədəki komandaların adları dəyişə bilər. Çünki bu komandalardan hansılar ilk 2 mərhələdə vəsiqə qazansa, burada iştirak etməyəcək.
Onu da bildirək ki, Olimpiadada ümumilikdə 3x3 qadın basketolu üzrə 8 komanda mübarizə aparacaq. Meydan sahibi Fransadan başqa, noyabrın 1-nə olan reytinqə əsasən Çin və ABŞ komandaları Paris Olimpiadasına vəsiqəni təmin edib.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı