Qadın voleybol klubları arasında “Bahar Kuboku” yarışı keçiriləcək
16 mart 2022 1400
Martın 17-də Azərbaycan Voleybol Federasiyasında Novruz bayramına həsr etdiyi “Bahar” kubokuna start veriləcək.
Qadın voleybolçular arasında təşkil olunacaq yarışda Super Liqanın iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca saat 16:00-da isə “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, birinci gün qalib gələn komandalar 1-ci yer uğrunda, məğlub komandalar isə 3-cü yer mübarizə aparacaq. Hər iki matç martın 18-də keçiriləcək.
“Bahar” kubokunun oyunları federasiyanın idman zalında təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı