Xəbərlər

Qadın voleybolçular arasında Azərbaycan çempionatında finalın ilk iştirakçı bəlli olub

05 aprel 2023 237

Bu gün Yüksək Liqada yarımfinalın növbəti oyunları keçirilib. Günün ilk matçında "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə 25:19 hesabı ilə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.

Yarımfinalın digər matçı UNEC-lə "Azərreyl" arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.

Yüksək Liqa
Yarımfinal (ikinci oyunlar)
"Murov" - "Abşeron" 1:3 (19:25, 25:22, 27:29, 25:27)
UNEC - "Azərreyl" 0:3 (13:25, 13:25, 06:25)

İlk oyunların nəticələri
“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” - UNEC 3:0 (25:07, 25:14, 25:17)