Qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunda növbəti qrup oyunları baş tutub
08 aprel 2023 978
Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları keçirilib. Günün ilk oyununda "AZE U-16" - "ALOV" komandaları qarşılaşıb. Bu görüşdə "AZE U-16" komandası 104-43 hesabı ilə rəqibinə qalib gəlib. Günün ikinci oyununda, "BBA" komandası "PH" kollektivi ilə üz-üzə gəlib. "BBA" komandası rəqibi üzərində 64-25 hesablı qələbəyə sevinib. Bu nəticələrdən sonra "AZE U-16" adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı