Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
14 dekabr 2023 1238
15-17 dekabrda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Çempionatın ilk günündə qadınlar arasında -48 kq. və -63 kq. çəkilərdə kişilər arasında -60 kq. və -81 kq. çəkilərdə, ikinci günündə qadınlar arasında -52 kq. və -70 kq., kişilər arasında -66 kq. və -90 kq. çəkilərdə, sonuncu günündə isə qadınlar arasında -57 kq., -78 kq. və +78 kq., kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəkilərdə qaliblər müəyyənləşəcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı