Xəbərlər

Qadınlardan ibarət milli yığmamız İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

04 avqust 2022 313

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla əlaqədar olaraq, yarışda iştirak edəcək qadınlardan ibarət milli yığmamız Bakı şəhərində təlim-məşq toplanışındadırlar. 

Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham qadınlardan ibarət milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək idmançıların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Təlim-məşq toplanışında sonuncu U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar qadınlardan, gənc və yeniyetmə qızlardan ibarət milli yığmalarımıza gələcək yarışlara hazırlaşmağa kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar. 

8 avqust tarixində İslam Həmrəyliyi Oyunlarında iştirak üçün qadınlardan ibarət milli yığma komandanın 7 üzvü Türkiyəyə yola düşəcəklər. Onlar 15-16 avqust tarixlərində fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər.

Baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:

-48 kq.

Leyla Əliyeva 
Könül Əliyeva 

-52 kq.

Gültac Məmmədəliyeva 

-57 kq. 

Səbinə Əliyeva 

-63 kq.

Nərgiz Hacıyeva 

-70 kq

Günel Həsənli 
Südabə Ağayeva

Azərbaycan cüdo ailəsi adından bütün idmançılarımıza uğurlar arzu edirik!