Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
26 yanvar 2025 650
"Şahdağ" Turizm Mərkəzində keçirilən qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları bəlli olub.
Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə növbəti turunun oyunları baş tutub.
Qadınların mübarizəsində “Azərreyl” 9 xalla turnir cədvəlində birinci, “Murov Az Terminal” 5 xalla ikinci, “Gəncə” və U-21 komandaları isə hərəyə 2 xalla üçüncü və dördüncü yerləri tutublar. Kişi komandaları arasında isə 8 xalla “Azərreyl” birinci, 7 xalla “Murov Az Terminal” ikinci, 3 xalla U-21 üçüncü, xalı olmayan “Gənclər” dördüncü olub.
Reqlamentə görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutan komandalar isə üçüncülük uğrunda oynayacaqlar.
26 yanvar
Qadınlar
“Azərreyl” - “Gəncə” 2:0 (15:12, 15:12)
“Murov Az Terminal” - U-21 2:1 (17:19, 15:12, 15:11)
Kişilər
“Azərreyl” - U-21 2:0 (15:8, 15:12)
“Murov Az Terminal” - “Gənclər” 2:0 (15:5, 15:6)
3- cü yer uğrunda oyunlar
14:30. “Gəncə” - U-21 (qadınlar)
15:15. U-21 - “Gənclər” (kişilər)
Final
16:00. “Azərreyl - “Murov Az Terminal” (qadınlar)
16:45. “Azərreyl” - “Murov Az Terminal” (kişilər)
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı