"Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib
02 iyul 2025 - 17:32 676
Qəbələ şəhərində "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra “Qəbələ – Gənclərin Paytaxtı” haqqında videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, MDB Gənclər Şurasının rəhbəri Tatyana Kovaleva və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər. Şəhərin “MDB Gənclər Paytaxtı” statusunu təsdiqləyən sertifikat icra başçısı Səbuhi Abdullayevə təqdim olunub. Ardınca "Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" loqosu nümayiş etdirilib.
Sonra tədbir Emiliya Yaqubova, muğam kvarteti, Mətin və Rilayanın ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 2023-cü ildə MDB Hökumət Başçıları Şurasının Daşkənddə keçirilən iclasında Qəbələ şəhəri 2025-ci ildə MDB-nin "Gənclər Paytaxtı" elan olunub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı