Qış Olimpiadasının təşkilatı işlərində problemlər yaranıb
23 sentyabr 2024 974
2026-cı il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin baş direktoru Andrea Uornier yarışın təşkilati prosesindəki problemlərdən danışıb. “Keçən ilin sonundan tikintidə xeyli sürətlənmə müşahidə olunub. Yayın sona çatmasını gözləyirik. Elə işlər var ki, soyuq aylarda öz həllini tapmalıdır. Çalışacağıq ki, bu problemləri zamanında həll edək ki, infrastrukturun bir hissəsi Oyunların başlanmasına çox yaxın hazır olsun. Biznes və marketinq tərəfdaşlarını cəlb etməkdə də davamlı problemlərimiz var. Paris Olimpiadası zamanı üç əsas müqavilə imzaladıq. Sentyabrda daha üç müqavilənin imzalanması gözlənilir”, - deyə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytı Warnierdən sitat gətirib.
Qeyd edək ki, Qış Olimpiadası 2026-cı ildə İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı