Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq.
15 fevral 2022 1503
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. M.Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.
XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı