Qubada bədii gimnastika yarışının açılış mərasimi keçirilib
24 sentyabr 2024 1028
Quba şəhərində bədii gimnastika üzrə "Grace of Nature" yarışının açılış mərasimi keçirilib.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Kompleksin direktoru Cavid Seyidov bu cür yarışların bölgələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib, ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısından söz açıb.
Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar musiqi sədaları altında maraqlı rəqs şousu nümayiş etdiriblər.
Üç gün davam edəcək yarışda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyənləşəcək. Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla mübarizə aparacaqlar. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər.
Qeyd edək ki, "Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı