Qurban Tağıyev: Karateçilərimizin üçüncü Avropa Oyunlarında yaxşı nəticələr əldə edəcəklərinə ümidvaram
16 iyun 2023 863
Üçüncü Avropa Oyunlarında iştirak etmək üçün gələn həftə Polşaya yola düşəcəyik. Yarışda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Bu sözləri kişi karateçilərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Tağıyev deyib.
Baş məşqçi bildirib ki, oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı uzun zamandır davam edir: “Avropada kumitə üzrə yarışlara ən çox lisenziyanı biz qazanmışıq. Ümidvaram ki, həm qadın, həm də kişi karateçilərimiz yaxşı nəticə əldə edəcəklər. Ümidimiz çox böyükdür. Təbii ki, bu, idmandır. Qələbələr olduğu kimi, məğlubiyyətlər də var. Biz idmançılarımızla birgə motivasiyamızı yüksək tutmağa çalışırıq.
Qeyd edək ki, üçüncü Avropa Oyunlarının karate yarışlarında ölkəmizi Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska və Fəridə Əliyeva təmsil edəcəklər.
İyunun 21-də Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək. Oyunların yarışları Polşanın 8 şəhərində keçiriləcək. Karate yarışları Bielsko-Biala şəhərində təşkil olunacaq.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı