Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda
16 aprel 2021 1375

“Globoesporte” nəşri Tokio-2020-yə 100 gün qalmış yarışda iştirak edəcək 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.
Bu ulduzlar arasında Azərbaycan karateçisi Rafael Ağayev də var. 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız siyahıda karate üzrə yer alan yeganə şəxsdir. Cədvəldə digər idman növlərindən də peşəkarlar var. Siyahıda PSJ-dən braziliyalı Neymar, ispaniyalı məşhur tennisçi Rafael Nadal, onun isveçrəli həmkarı Rocer Federer, serbiyalı Novak Cokoviç, ABŞ-dan Serena Uiliams, basketbolçular arasında Lebron Ceyms, ABŞ-dan 4 qat dünya çempionu gimnast Kristian Teylor, yamaykalı atlet, 6 Olimpiya medalının sahibi Şerri Ann Freyser və s. ulduzlar yer alıb.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandeiyası səbəbindən bu il 23 iyul – 8 avqust tarixində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı