Raman Saleh: "Qalib gəldiyim üçün çox şadam"
31 avqust 2021 960
"Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Qalib gəldiyim üçün çox şadam". Bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanan Azərbaycan üzgüçüsü Raman Saleh deyib.
100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı daha böyük uğurlar əldə etməyə çalışacağını bildirib: "Bu, mənim Tokio paralimpiadasında 2-ci qızıl medalımdır. Necə deyərlər, bundan sonra daha böyük mükafat qazanacağıma ümid edirəm".
Qeyd edək ki, Raman Saleh daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında birinci olub.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı